Əl-Muslimun Həvl əl-Aləm saytının verdiyi xəbərə görə, Kosovonun şərqindəki "Darul-Mahal" məscidində müxtəlif yaşlarda olan 44 Quran tələbəsinin buraxılış mərasimi üçün xüsusi məclis keçirilib.
Bu bayram məscid müəllimlərinin səyi və Kosovo Prezidentinin Qadınlar İdarəsinin koordinasiyası ilə təşkil olunub.
Bu, ölkədə qadın və qızlar arasında dini maarifləndirmə işinə verilən davamlı dəstəyin göstəricisidir.
Kosovo məscidlərində 150 müəllim var. Müəllimlərin çoxu İslam Elmləri Universitetinin məzunlarıdır.
Kosovoda hər il Türkiyə, Bosniya-Herseqovina, Makedoniya və Albaniyadan olan yarışmacıların iştirakı ilə beynəlxalq Quran müsabiqəsi keçirilir.
Müsabiqənin təşkilat komitəsi izah edib ki, müsabiqənin keçirilməsində məqsəd ölkədəki müsəlmanları Quranla daha yaxından tanış etmək və Quran mədəniyyətini təbliğ etməkdir.
Kosovo beş əsrdən çox Osmanlı hakimiyyəti altında qaldı. Onun İslamla tanışlığı da bu dövrdə baş verib. Kosovo geosiyasi mövqeyi ilə Balkanların müsəlmanların çoxluq təşkil etdiyi bölgələri arasında strateji keçid təmin edir. Coğrafi mövqeyinə görə alban əhalisinin sıx məskunlaşdığı Albaniya Makedoniya, Monteneqro və Preşova vadisi arasındadır.
Kosovo Balkanlarda Serbiya, Monteneqro, Makedoniya və Albaniya dövlətləri ilə həmsərhəddir.
Kosovo əhalisinin 90%-dən çoxu müsəlmandır. Demək olar ki, bütün əhalinin müsəlman olmasına baxmayaraq, ölkədə şüurlu şəkildə həyata keçirilən siyasətlə müsəlman kimliyini məhv etməyə cəhdlər edilir.
4244993