IQNA

Yeni Zelandiyada Qurani-Kərim sərgisi açılıb

10:16 - November 05, 2024
Xəbər sayı: 3496999
İQNA - Yeni Zelandiya müsəlmanları Masterton şəhərində sərgi açaraq Qurani-Kərimi bu ölkə xalqına təqdim edirlər.

"Thepost" saytının verdiyi xəbərə görə, Yeni Zelandiya müsəlmanları Quran sərgisi təşkil etməklə İslam dini ilə bağlı yanlış fikirləri məhv etməyi hədəfləyirlər.
Müsəlman icması şənbə günü Masterton şəhərində ilk dəfə Quran sərgisinə ev sahibliyi edir.
Bu tədbir yerli sakinlərə Qurani-Kərim haqqında daha çox məlumat əldə etmək imkanı yaradır.
Sərgidə Quranın Yeni Zelandiyanın yerli dilinə (Te Reo Maori) tərcüməsi ilə yanaşı, Quranın bir çox başqa dillərə tərcümələri də nümayiş etdirilir.
Yeni Zelandiyadan olan islam fəallarından Bəşir Xan, Qurani-Kərimin müsəlmanın necə yaşaması lazım olduğunu öyrədən bir kitab olduğunu, bəzi ekstremistlərin və qərblilərin İslam haqqında mənfi təsəvvür yaratdığını bildirib.
Bəşir Xan qeyd edib ki, cəmiyyət olaraq Quran sərgiləri kimi tədbirlər təşkil etməklə İslam və Quran haqqında yanlış təsəvvürləri aradan qaldırmaq üçün çalışırlar.
4245520

captcha