IQNA

Əl-Əzhərin şeyxi: "Sülh əlçatmaz arzuya çevrildi"

11:02 - November 08, 2024
Xəbər sayı: 3497014
İQNA – Əl-Əzhərin şeyxi sionist rejimin hər gün törətdiyi qətliam və soyqırımlara toxunaraq, sülhün əlçatmaz arzuya çevrildiyini bildirib.

"Misir" saytının verdiyi xəbərə görə, Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyib “Dünya və axirətdə sülh” xeyriyyə təşkilatının rəhbəri Şeyx Şafəruddin Kambu ilə görüşündə İslam dünyasının yaşadığı çətinliklərdən danışıb və bu qurumun müxtəlif müsəlman qrupları arasında dialoq mühiti yaradaraq İslam ümmətinin birliyi üçün çalışdığını bildirib.
Əhməd Əl-Tayyib dünyada baş verən hücumlar, soyqırımlar və müharibələr nəticəsində sülhə inamın azaldığını, sülh anlayışının zəiflədiyini və əlçatmaz bir həsrətə çevrildiyini vurğulayıb.
Əl-Əzhərin Şeyxi, "İndiki vəziyyətdə bizim ən böyük arzumuz regionda və dünyada sülhün bərqərar olması, Fələstin millətinin iztirablarına son qoyulması və müstəqil Fələstin dövlətinin qurulması üçün zəmin hazırlamaqdır" dedi.
4246151

captcha