IQNA

Livan və Qəzzə müharibəsi Ər-Riyad Ərəb-İslam Sammitinin diqqət mərkəzində

11:05 - November 12, 2024
Xəbər sayı: 3497043
İQNA – Ər-Riyadda fövqəladə Ərəb-İslam Zirvə toplantısı bazar ertəsi, noyabrın 11-də keçirilib və sionist rejimin Qəzzə və Livana təcavüzü müzakirə olunub.

"İQNA"-nın "Əl-Cəzirə"-yə istinadən verdiyi məlumata görə, bu görüş Səudiyyə Ərəbistanının dəvəti ilə noyabrın 11-də Ər-Riyadda keçirilib və regionda baş verən hadisələr, xüsusilə Livan və Qəzzə müharibəsi, nəzərdən keçirilib.
Noyabrın 10-də Səudiyyə Ərəbistanının xarici işlər naziri Əmir Feysəl ibn Fərhanın sədrliyi ilə nazirlər səviyyəsində ilkin iclas keçirilib və sionist rejimin Qəzzə zolağı və Livan torpaqlarına təcavüzü müzakirə edilib.
Ərəb Liqasının baş katibi Əhməd Əbul-Qeyt hazırlıq iclasında bildirib ki, Ər-Riyad Ərəb-İslam Sammiti bütün dünyaya mesajı çatdırmağa çalışır ki, sionist rejimin Fələstin xalqına qarşı cinayətləri qarşısında susmaq doğru deyil və susmaq cinayətdə iştirak deməkdir.
O əlavə edib: "Bölgədə müharibəni dayandırmaq üçün edilən təzyiqlər kifayət etmədi və dünya İsrailin bölgədə alovlandırdığı atəşə dözməyəcək".
Əbül-Qeyt həmçinin əmin edib ki, Ər-Riyad sammiti fələstinlilərə və livanlılara, Fələstin müqavimətinə və onların hüquqlarını dəstəkləmək üçün açıq bir mesajdır; heç kimin laqeyd qala bilməyəcəyi və ya görməməzliyə vura bilməyəcəyi hüquqlardır.
4247526

captcha