IQNA

Səudiyyə Ərəbistanının vəliəhdi İslam və Ərəb Əməkdaşlıq Təşkilatı liderlərinin fövqəladə toplantısında:

Biz İsrailin Livan və İrana təcavüzünü pisləyirik

11:16 - November 12, 2024
Xəbər sayı: 3497045
İQNA – Səudiyyə Ərəbistanının vəliəhdi İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında çıxış edərək deyib: "Onun ölkəsi sionist rejimin Livan və İrana qarşı təcavüzünü pisləyir".

"İQNA"-nın "Əl-Cəzirə"-yə istinadən verdiyi məlumata görə, müxtəlif ölkələrin liderləri Ər-Riyadda keçirilən İslam və Ərəb Əməkdaşlıq Təşkilatı liderlərinin fövqəladə iclasında çıxış edərək sionist rejimin cinayət və təcavüzlərini pisləyiblər.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman İslam və Ərəb Əməkdaşlıq Təşkilatının Ər-Riyaddakı iclasının əvvəlində vurğuladı: "Biz UNRWA-nın fəaliyyətinin davam etdirilməsinin zəruriliyini vurğulayırıq və digər beynəlxalq təşkilatlar da Fələstinə dəstəyini davam etdirməlidir".
O əlavə edib: "Səudiyyə Ərəbistanı İsrailin Livan torpaqlarına hücumunun əleyhinədir və bu təcavüzün ağır nəticələri olacaq".
O vurğulayıb: "İsrail Livana təcavüzü və İslam Respublikasının suverenliyini pozduğuna görə pislənməlidir".
Bin Salman vurğulayıb: "Biz BMT-dən bu vəziyyətə son qoymasını istəyirik və Fələstinin işğalının qeyri-qanuni olduğunu vurğulayırıq".
4247639

captcha