"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, iordaniyalı fəallar “Aç qarınla vuruşun, mühasirəyə alınan şimalın səsi olun” şüarı ilə Qəzzənin şimalındakı xalqa dəstək üçün təşkil edilən kampaniya çərçivəsində aclıq aksiyasına başlayıb.
Aclıq aksiyasının 10-cu günündə iordaniyalı fəallar hökumətdən sionist rejimə humanitar yardımların Qəzza zolağının şimalına daxil olmasına icazə vermək üçün təzyiq göstərməsini istəyiblər.
Bu qrup həmçinin Qəzzə zolağının şimalına 500 humanitar yardım göndərilməsini istəyib.
İordaniyanın xarici işlər naziri sionist rejimə silah embarqosunun qoyulmasını tələb edib
"Arabi 21" telekanalına müsahibə verən iordaniyalı gənclər kampaniyada iştirak edənlərin vəziyyətinin pisləşdiyini, hətta bəzilərinin huşsuz vəziyyətdə xəstəxanaya aparıldığını bildirib.
4247619