IQNA

Quranın əlyazmasının təqdimatı Gülüstan sarayında keçirilir

3:01 - November 16, 2024
Xəbər sayı: 3497062
İQNA – Qurani-Kərimin kufi xəttatlığı ilə yazılmış əlyazma nüsxəsi Gülüstan sarayında sərgilənib.

Gülüstan sarayının ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi xəbərə görə, kufi xəttatlığı ilə yazılmış, Qurani-Kərimin iyirmi surəsindən ibarət kitab Şahabəddin Ərfeinin beş il davam edən əsəridir.
Quranın kufi xətti ilə yazılmış bu əlyazması noyabrın 13-də Gülistan Sarayı Foto Qalereya Muzeyində açılacaq və noyabrın 19-dək davam edəcək.
Gülistan sarayı İranın paytaxtı Tehranın cənubunda Ərg meydanı yaxınlığında, köhnə Tehran divarları sərhədləri daxilində Qacarlar sülaləsinə aid saraydır. Pəhləvilər sülaləsi dövründə rəsmi mərasimlər və xarici nümayəndə heyətlərinin üzvlərinin iqamətgahı üçün istifadə edilən bu saray indi muzey kimi istifadə olunur.
Gülistan Sarayının iş saatı 09.00-17.00, bilet satışı isə 16.00-a kimi aparılır. Cümə axşamı və cümə günləri bu tarixi kompleks saat 18:00-a qədər açıqdır.
4248073

captcha