IQNA

Parisdə Fransa-İsrail futbol oyununa etiraz edilib

3:18 - November 16, 2024
Xəbər sayı: 3497064
İQNA- Fransa-İsrail futbol oyununa reaksiya olaraq Fransanın paytaxtı Parisin Sen-Deni ətrafı ərazisində nümayiş keçirilib.

Fransanın paytaxtı Parisin Sen-Deni ətrafında Fransa-İsrail futbol oyununa reaksiya olaraq nümayiş keçirilib.
Fələstin tərəfdarı olan etirazçılar Xalq Cəbhəsi Meydanına toplaşıb. Fələstin bayraqları daşıyan nümayişçilər "Soyqırımı dayandırın" və "Qəzzada öldürülənlərin 70 faizi qadın və uşaqlardır" kimi pankartlar açaraq İsrailin Qəzzaya hücumlarını pisləyib. Nümayiş zamanı iki sarı topun üzərində qırmızı qələmlə "Qəzza soyqırımını dayandırın" yazılıb.
UEFA Millətlər Liqasının A qrupunda Fransa və İsrail komandaları arasında keçirilən futbol oyununda gərgin anlar yaşanıb.
İsrail rejimi himninə fit çalındığı oyunda sionist azarkeşlər dava salaraq bəzi fransız azarkeşləri döyüblər.

captcha