Berlində təxminən 1000 fələstinli tərəfdarı İsrailin Qəzzə və Livana hücumlarına etiraz etmək üçün Wilmersdorfer Strasse metro stansiyası yaxınlığında toplaşıb.
Buradan yürüş edən nümayişçilər əllərində Fələstin və Livan bayraqları və “Bu, müstəmləkəçilik əleyhinə azadlıq mübarizəsidir”, “Əlləri Qəzzə və Livandan çəkilsin”, “Bu gün heç kim “bilmirdim deyə bilməz” və "Qəzzədə soyqırımı dayandırın" yazılmış plakatlar tutublar.
Nümayişçilər “Fələstinə azadlıq”, “Terrorçu İsrail”, “Görəcəksən, Fələstin azad qalacaq” kimi şüarlar səsləndiriblər.
Yürüş yoluna toplaşan İsrailyönlü qrup İsrail bayraqlarını qaldıraraq yürüşü təhrik etməyə çalışsa da, polis və məmurlar müdaxilə edərək gərginliyin artmasının qarşısını alıblar.
Güclü təhlükəsizlik tədbirləri görən polis Yoaximstaler və Kant küçələrinin kəsişməsində etirazçıları dayandırıb.
Aksiyada qaydalara əməl edilmədiyini əsas gətirən polis yürüşü dayandırıb və çoxlu nümayişçini saxlayıb.