Omanın müftisi Əhməd ibn Həməd Əl-Xəlili X sosial media platformasındakı şəxsi hesabında Yəmən silahlı qüvvələrinin Fələstin xalqına yardıma münasibətini yüksək qiymətləndirib:
"Qətiyyətli və hətta sərt qayaları sındıra biləcək iradə ilə hegemon qüvvələrə qarşı dayanan Yəmənin qəhrəman mücahidlərinə Allah xeyir versin".
Oman müftisi sözlərini belə davam etdirdi:
"Yəməndəki azad insanlar sionistlərə və onların arxasında duranlara unudulmaz dərs verdilər".
Əl-Xəlili Hizbullah və onun qəhrəman mücahidləri, eləcə də Fələstin müqavimət qüvvələrinin sionist düşmənə əzab və ölüm gətirdiyini bildirib və deyib:
"Əziz Qəzzə gəncləri və işğal olunmuş İordan çayının qərb sahili sionizm və onun tərəfdarlarına ölüm gətirdi".
Oman müftisi həmçinin bu müqavimət qüvvələrinin dünyaya misilsiz fədakarlar təqdim etdiklərini vurğulayıb.
Əl-Xəlili açıqlamasının sonunda vicdanını satan, Allahdan başqasında şərəf axtaran qorxaqların, əclafların və xainlərin rəftarını pisləyib.