İmam Hüseyn (ə) Türbəsi internet saytında yer alan xəbərə görə, Darul-Quran Mərkəzinin sədr müavini Seyyid Mürtəza Cəmaləddin akademiyanın beynəlxalq səviyyədə hafizlərin Quran fəaliyyətlərini artırmaq üçün araşdırmalar aparacağını bildirib.
O, həmçinin bildirib ki, mərkəzdə Quran mədəniyyətinin yayılmasına yönəlmiş virtual Quran kursları və proqramlar təşkil olunur.
Seyyid Mürtəza Cəmaləddin əlavə edib ki, Darul-Quran mərkəzində bu kurslar İmam Hüseyn (ə) türbəsinin dəstəyi və nəzarəti ilə başlayıb və iştirakçıları Quran müəllimi kimi işləməyə hazırlamaq məqsədi daşıyır.
Eyni şəkildə, o, bu onlayn kurslarda İraq, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, İran və ABŞ daxil olmaqla 13 ölkədən 8 mindən çox tələbənin iştirak etdiyini bildirib.
Cəmaləddin bu kurslarda əhatə olunan mövzuları belə sıraladı: Quran elmləri, İmam Hüseyn (ə) və İmam Mehdi (ə.f) haqqında ayələr və Qurandakı ilahi hadisələr.
Mərkəzin digər fəaliyyətlərinə Zoom vasitəsilə onlayn Quran yarışlarının və Quran maarifləndirici proqramların təşkili daxildir.
4249381