IQNA

Əl-Əzhərdə Quranın təfsiri və möcüzələri ilə bağlı konfrans keçirilib

11:00 - November 26, 2024
Xəbər sayı: 3497127
İQNA – Qurani-Kərimin təfsiri və möcüzələri ilə bağlı ilk konfrans Əl-Əzhər məscidində öz işinə başlayıb.

"Əl-Cumhuriyyə" saytının verdiyi məlumata görə, konfrans Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyibin dəstəyi ilə Qurani-Kərimin mənaları haqqında düşünməkdə yeni üfüqlər açmaq üçün Əl-Əzhərin səyləri çərçivəsində təşkil olunub.

Konfransın məqsədi Vəhy Kəlamının elmi və linqvistik möcüzəvi cəhətlərini araşdırmaqdır. Xəbərə görə, Quran möcüzələri haqqında anlayışlarını artıracaq yeni tapıntılar təqdim etməklə, alimlər, tədqiqatçılar və tələbələrin Quran möcüzələri barədə fikir mübadiləsi aparmaları üçün platforma yaratmaq məqsədi daşıyır.

“Quranda bal arısı: dil və elmi möcüzələr” başlığı altında keçirilən açılış toplantısında Əl-Əzhər Universitetinin keçmiş rektoru Dr. İbrahim Əl-Hudhud və Əl-Əzhər Universiteti Elmlər Fakültəsinin ustadı Mustafa İbrahim çıxış etdilər.

Əl-Əzhər Elmi Fəaliyyətinin Baş direktoru Əbdülmunim Fuad konfransı Quran ayələri üzərində düşünmək, onların mənalarını təhlil etmək və Quranın möcüzəvi cəhətləri ilə bağlı yeni araşdırma sahələri açmaq üçün mühüm fürsət kimi dəyərləndirib.

O, həmçinin əlavə edib ki, toplantı iştirakçıların dini və mədəni məlumatlarını artırıb və onları dini mətnlər üzərində dərindən düşünməyə dəvət edib.

Əl-Əzhər məscidinin direktoru mütəmadi olaraq hər bazar günü keçiriləcək konfransda bu sahənin aparıcı tədqiqatçıları və alimlərinin iştirak edəcəyini və iştirakçılar arasında açıq müzakirələr, sual-cavab sessiyaları və qarşılıqlı əlaqə imkanlarının yaradılacağını bildirib.

 

El Ezher’de Kur’an tefsiri ve mucizeleri konulu konferans düzenlendi
4250151

captcha