"Oman Daily"-nin verdiyi məlumata görə, Sultan Qabus Elm və Mədəniyyət Mərkəzi tərəfindən hər il təşkil edilən yarış Omanda Quran hifzi sahəsində keçirilən ən mühüm tədbirlərdən biridir.
Müsabiqə yeddi kateqoriya üzrə təşkil olunmuş və 59 nəfər finala yüksəlmişdir.
Bu yarışlar ilk dəfə 1992-ci ildə üç kateqoriya üzrə təşkil edilmişdir. Sözügedən müsabiqə, omanlı gəncləri Quranın əzbəri və təlimlərinə əməl etməyə təşviq etmək, istedadlı Quran alimlərini tapmaq və Quran fəallarının iştirakını gücləndirmək məqsədi ilə həyata keçirilir.
4250405