“Arabnews” saytının verdiyi məlumata görə, Zəhran şəhərində keçiriləcək konfransda Səudiyyə Ərəbistanında İslam sənətində tarixi irs və yenilik arasında əlaqə müzakirə olunacaq.
Konfrans 25-30 noyabr tarixlərində Əbdül-Lətif Əl-Fuzan Məscidi Memarlıq Mükafatı İnstitutu ilə əməkdaşlıq çərçivəsində keçiriləcək.
14 ölkədən 50 iştirakçının qatılacağı konfransda 27 ekspert çıxış edəcək.
Bu konfransda İslam sənətinin bugünkü vəziyyəti və keçmişlə əlaqəsi müzakirə olunacaq və dünyanın müxtəlif yerlərində bu sahədə fərqli yanaşmalar təqdim olunacaq.
Səudiyyə Ərəbistanı Kral Əbdüləziz Dünya Mədəniyyət Mərkəzinin direktoru Abdullah Əl Rəşid İslam incəsənəti konfransı və “Sənətkara tərif” sərgisi ilə İslam incəsənətinə dəstək verməyi hədəflədiklərini bildirib.
Akademiklərin, tarix ustadarının və sənətçilərin daxil olduğu konfrans iştirakçılara İslam incəsənəti və tarixi haqqında məlumat əldə etmək imkanı verir.
Bu ilin əsas mövzusu müasir çağırışlara uyğunlaşaraq mədəni irsin qorunmasında sənətkarların həyati roludur.
Konfransın məqsədi ənənəvi əl sənətlərinin dizayn, biznes və şəhərsalma kimi sahələrdə innovativ həlləri necə ilhamlandıra biləcəyini göstərməkdir.
İslam incəsənətinin sənəti və tarixindən bəhs edən 3 sənədli film nümayiş etdiriləcək, hər nümayişdən sonra prodüserlərlə müsahibə keçiriləcək.
Konfransda ənənəvi əl sənətlərinin sosial dəyişiklik yaratmaq potensialı vurğulanır. O, həmçinin sənətkarlar, dizaynerlər və mədəniyyət institutları arasında əməkdaşlığı təşviq edir, onların tarixi bütövlüyünü qoruyaraq qlobal bazarlara çıxmasına yol açır.
4250615