Livan və sionist rejim arasında həyata keçirilməsi gözlənilən 60 günlük atəşkəs bu gün yerli vaxtla saat 04:00-da (Livan vaxtı ilə) qüvvəyə minib.
Atəşkəsin başlaması ilə Livan mediası qaçqınların ölkənin cənub bölgələrinə qayıtdığını açıqlayıb.
Razılaşmaya əsasən, sionist rejim qoşunları Livanın cənubundan çıxmalı və Livan ordusu bu ölkənin sərhədlərində yerləşdirilməlidir.