"Əl-İttihad" saytının verdiyi xəbərə görə, Mədinə Quran Çap Mərkəzinin baş katibini Məhəmməd ibn Rəşid Quran Çap Mərkəzinin müdiri Feysəl Abdullah müşayiət edib və bu mərkəzin Quran çapı sahəsindəki təcrübələri haqqında məlumat verib.
Feysəl Abdullah həmçinin bu səfərin iki mərkəz arasında əlaqələri gücləndirdiyini və fikir mübadiləsi aparmaq və Quran çapı sahəsində son yenilikləri öyrənmək üçün mühüm fürsət olduğunu bildirib.
O, həmçinin bildirib ki, bu mərkəz Quran çapı sahəsində ən son texnologiyalardan istifadə etməyə çalışır.
Kral Fəhd Quran Çap Mərkəzinin baş katibi Səd ibn Rəşid Əl Duseri bu səfərin iki mərkəz arasında əməkdaşlıqda yeni üfüqlər açdığını bildirib.
4250816