IQNA

Qurani-Kərimi yandıran şəxs "dövlətə xəyanət" ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib

10:27 - November 30, 2024
Xəbər sayı: 3497149
İQNA - Ötən il Rusiyada Qurani-Kərimi yandıran Nikita Juravel "dövlətə xəyanət" ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib. Məhkəmənin verdiyi açıqlamada Juravelin Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə Qurani-Kərimi yandırdığı iddia edilib.

Rusiya məhkəməsi ötən il Qurani-Kərimi yandıran Nikita Juraveli "dövlətə xəyanət" ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edib.

Volqoqrad Vilayət Məhkəməsinin mətbuat xidmətinin yaydığı bəyanatda Juravelin Rusiya ordusunun Ukraynadakı hərəkətlərinə qarşı çıxdığı, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) göstərişi ilə Qurani-Kərimi yandırdığı və bununla da Rusiyanın təhlükəsizliyini təhdid etdiyi bildirilib.

Nikita Juravel 2023-cü ilin mayında Rusiyanın Volqoqrad şəhərində məscidin qarşısında Qurani-Kərimi yandırdığı üçün saxlanılaraq Çeçenistana göndərilmişdi.

Rusiya Federasiyasının tərkibində olan Çeçenistan Respublikasının məhkəməsi fevralın 27-də Juraveli “mənəvi dəyərləri təhqir etmək və ictimai nizamı pozmaq” ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum etmişdi.

İclasda Juravelin "dövlətə xəyanət" maddəsi ilə təqsirli bilindiyi qeyd edilib.

Açıqlamada, "Juravel törətdiyi cinayətlərə görə 14 il həbs cəzasına məhkum edilib. Juravel törətdiyi cinayəti etiraf edib".

captcha