IQNA

Sionist rejimin çəkmələri altında Qəzzanın qədim irsi (1)

3:11 - December 01, 2024
Xəbər sayı: 3497158
İQNA – Sionist rejim Fələstinin mədəniyyətini və irsini məhv etmək məqsədilə Qəzzanın ən mühüm qədim abidələrini məhv edib.

Sionist rejimin son illərdə Qəzzadakı qədim abidələrə verdiyi ziyanlar "Əl-Qüds Əl-Arabi" adlı hesabatda ətraflı araşdırılıb. Hesabatda bu fikirlər qeyd olunur:

"İşğalçı rejim Qəzzaya qarşı davam etdirdiyi müharibə zamanı qədim və tarixi abidələrin yerləşdiyi şəhər və kəndləri məhv edərək həmin əsərlərdən heç bir iz buraxmayıb".

Sionist rejim Qəzzanın qədim abidələrini sistematik şəkildə məhv edərək Roma və Kənan dövrlərinə aid olan, təxminən 1400 illik bir tarixi qəsdən silməyə çalışır.

Sionist rejim Qəzzaya qarşı müharibənin başlanğıcından bu yana 200-dən çox qədim abidəni qəsdən məhv edib. Bundan əlavə, qədim evlər, kilsələr və qalalar tamamilə dağıdılmadan əvvəl işğalçılar həmin abidələri talayıb, bununla Fələstin mədəni irsinə böyük ziyan vurublar.

Ən qədim məscid, kilsə və hamamların dağıdılması

Qəzza Hökumətinin Turizm və Qədim Abidələr Nazirliyi, işğalçı rejim ordusunun bombardmanı zamanı tarixi və qədim abidələrin məhv edilməsini pisləyərək, UNESCO-dan bu məsələyə müdaxilə etməsini tələb edib.

UNESCO müharibənin şiddətinə görə Qəzzada mədəni və qədim abidələrə dəyən ziyanın miqyasını müəyyən edə bilmədiyini bildirib.

Bu təşkilat, Sionist rejimi beynəlxalq qanunlara riayət etməyə və bu bölgədəki mədəni irsi hərbi məqsədlərlə hədəfə almamağa çağırıb.

Xan Yunis şəhəri həm coğrafi ərazisinə, həm də tarixi məkanlarına görə Qəzzanın ikinci ən böyük şəhəridir. Bu şəhər, sionist rejimin ağır bombardmanı nəticəsində muzey, məscid və tarixi türbələr də daxil olmaqla tarixi abidələrini itirmişdir.

 

Siyonist rejimin çizmeleri altında Gazze’nin kadim mirası (1)

 

Şəhərin müxtəlif yerlərindəki monastırlar da zərər görmüşdür. Şəhərin bazarları və qədim evləri bombalanaraq məhv edilmişdir.

Xan Yunis muzeyi, yaxınlıqdakı yaşayış evlərinin bombalanması səbəbindən tamamilə məhv edilib. Bu muzeydə Roma, Yunan, Bizans, Əyyubi və Osmanlı dövrlərinə aid olan tarixi sikkələr və saxsı qablar saxlanılırdı.

Bundan əlavə, işğalçı qüvvələr Xan Yunis şəhərinin mərkəzində yerləşən və Memlük sultanı Bərkukun dövründə inşa edilmiş, tarixi eramızdan əvvəl 14-cü əsrə qədər uzanan tarixi qalaya ciddi ziyan vurmuşdur.

Bu bombardman zamanı, başda arxeoloqlar olmaqla, xarici səyyahların məzar yeri olan Tunç dövrünə aid bir məzar da məhv edilib.

Kənan dövrünə aid olan və qədim xəzinələr, nadir tarixi pulların saxlandığı Tel-Rəfah da sionist rejimin hava hücumları nəticəsində tamamilə məhv edilmişdir. Sionist rejim, bu bölgəni tarixi əsərləri məhv etmək məqsədilə qəsdən bombalamışdır.

Böyük Ömər Məscidi, Əl-Dayə sarayı və digər abidələr

Sionist rejimin Qəzzaya qarşı müharibəsinin başlanğıcından bu yana məhv etdiyi ən mühüm tarixi abidələrdən bəziləri bunlardır: Böyük Ömər Məscidi, Əl-Dayə sarayı, Keyseriyyə bazarı, Paşa sarayı, Zaviə çarşısı və Müqəddəs Porfirius Kilsəsi.

Qəzzada Memlük və Osmanlı dövrünün memarlıq xüsusiyyətləri ilə diqqət çəkən və təxminən 1400 illik bir tarixə malik olan Böyük Ömər Məscidi, Qəzzanın ən qədim məscidi olmaqla yanaşı, Fələstin ərazisində də Əl-Qüdsdəki Məscidül-Əqsa və Akkadakı Əhməd Cəzzar Paşa Məscidindən sonra üçüncü ən böyük məsciddir.

 

Siyonist rejimin çizmeleri altında Gazze’nin kadim mirası (1)

 

Köhnə Qəzza şəhərinin mərkəzində yerləşən Böyük Ömər Məscidi qumdaşından inşa edilmişdir və məsciddə çoxsaylı tarixi kitab və əlyazmaların saxlanıldığı böyük bir kitabxana mövcuddur.

Məscidin Memlük memarlıq üslubunda müxtəlif bəzəklərə malik hündür bir minarəsi var və məscid dairəvi tağlarla əhatə olunmuşdur. Məscidin yüksək günbəzləri qədim küçə və yollara açılır.

Məscid, 8 dekabr 2023-cü ildə işğalçı rejim qüvvələri tərəfindən bombalanmış və nəticədə məscidin böyük bir hissəsi tamamilə məhv edilmişdir.

 

Siyonist rejimin çizmeleri altında Gazze’nin kadim mirası (1)

 

Aziz Porfirius Kilsəsinin adı Qəzza Zolağında xristianlığı yayan "Aziz Porfirius"dan gəlir. Bu kilsə Qəzza şəhərinin şərqində yerləşən Zeytun məhəlləsindədir və miladi 5-ci əsrin əvvəllərində tikilmiş dünyanın ən qədim üçüncü kilsəsi hesab olunur.

Aziz Porfirius Qəzzada vəfat etmiş, məzarı kilsənin içərisində yerləşmiş, lakin nəşi Yunanıstandakı vətəninə aparılmışdır. 216 kvadratmetr sahəyə malik bu kilsə 1,8 metr qalınlığında daşlarla tikilmiş və iki əsas hissədən ibarətdir.

Bizans üslubunda tikilən kilsənin divarları və günbəzli tavanı, Kraliça Helena kimi tarixdə mühüm təsirə malik olan xristian şəxsiyyətlərinin şəkillərinin yer aldığı mərmər sütunlara əsaslanır.

Bu kilsənin bəzi hissələri zamanla aşınmış və bölgədəki tarixi müharibələr nəticəsində zədələnmişdir.

Sionist rejim 2023-cü il oktyabrın 19-da bu kilsəni bombalamış və nəticədə kilsəyə böyük ziyan dəymişdir.

 

Siyonist rejimin çizmeleri altında Gazze’nin kadim mirası (1)

4247544

captcha