IQNA

Misir Müftisi: "Fələstinə qarşı dini və əxlaqi bir vəzifəmiz var"

22:12 - December 02, 2024
Xəbər sayı: 3497166
IQNA - Misir Müftisi Fələstin məsələsinə dair vəzifələrinin dini, əxlaqi və tarixi bir məsuliyyət olduğunu bildirib.

"Əl-Aləm" saytının verdiyi xəbərə görə, Misir Müftisi Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə verdiyi açıqlamada bildirib ki, Fələstin məsələsi yalnız azadlıq uğrunda mübarizə aparan xalqın məsələsi deyil, eyni zamanda ərəb və İslam ümmətinin şərəf və ləyaqətinin simvoludur. O, bu məsələni mövcud olan bütün siyasi, iqtisadi və media vasitələri ilə dəstəkləmək lazım olan bir əmanət kimi qiymətləndirib.

Müfti deyib: “Fələstin xalqı işğalçıların zülmünə qarşı mübarizə apararkən və məcburi köçkünlük ağrısını yaşayarkən insan vicdanı əxlaqi və tarixi bir məsuliyyətlə üz-üzədir.”

O, həmçinin əlavə edib ki, Fələstin məsələsi onilliklər boyu davam edən təzyiq və işğala baxmayaraq alovları sönməyən bir şərəf mübarizəsidir.

Misir Müftisi sonda belə deyib: “Allahdan Fələstindəki qardaşlarımız üzərindəki zülmü qaldırmasını, onlara səbir, möhkəmlik, rahatlıq və zəfər verməsini, Məscidül-Əqsanı işğalçıların zülmündən azad etməsini və haqlı davalarına dəstək göstərməsini diləyirik.”

4251430

captcha