İddiaya görə, Suriyada keçid prosesinə rəhbərlik edəcək hökumətin başına mühəndislik və hüquq sahələrindəki mütəxəssisliyi ilə tanınan Məhəmməd Əl-Bəşir gətiriləcək.
İdlibdə doğulmuş Əl-Beşirin rəhbərliyi ilə yaradılacaq yeni kabinet Suriyanın yenidən qurulması və sabitliyə qovuşması üçün mühüm məsuliyyətlər daşıyacaq.
1983-cü ildə İdlibdə doğulan Məhəmməd Əl-Bəşir 2007-ci ildə Hələb Universitetinin Elektrik Mühəndisliyi fakültəsini bitirib. 2011-ci ildə Suriya Qaz Şirkətində menecer olaraq işləməyə başlayıb.
Eyni zamanda İdlib Universitetində şəriət və hüquq sahələrində də bakalavr dərəcəsinə malik olan Bəşir dövlət idarəçiliyi sahəsində də təhsil alıb.