IQNA

Roma Papası Suriyada dinlərə hörmət etməyə çağırıb

8:14 - December 14, 2024
Xəbər sayı: 3497245
İQNA - Dünya Katoliklərinin Rəhbəri Papa Fransisk mesajında Suriyadakı bütün dini qrupları dostluq və qarşılıqlı hörmət içində yaşamağa çağırıb.

"Əl-Qüds Əl-Ərəbi" saytının verdiyi məlumata görə, dekabrın 11-də, çərşənbə günü, Suriyada Bəşər Əsəd hökumətinin silahlı müxalif qruplar tərəfindən devrilməsindən üç gün sonra Papa bu ölkədəki bütün dinlər arasında qarşılıqlı hörmətə çağırıb.

Vatikanda həftəlik çıxışı edən Fransisk "Suriya xalqının sülh, təhlükəsizlik və qarşılıqlı hörmət içində yaşaması üçün dua etdiyini" deyib.

Roma Papası Fransisk "daha çox münaqişə və parçalanma olmadan ölkənin sabitliyini və birliyini məsuliyyətlə təşviq edən siyasi həllə" çağırıb.

Roma Papası Suriyada hakimiyyəti ələ keçirən Təhriruş-Şama (HTŞ) müraciət edib. O, bəyan edib ki, Suriyada Bəşər Əsəd rejimini devirən təşkilat ölkədə sabitlik yaratmaq üçün bütün qrupları əhatə edən idarəçilik nümayiş etdirməlidir.

4253646

captcha