47-ci Milli Qurani-Kərim Yarışmasının Quran Dərnəkləri Komitəsinin koordinatoru Seyid Məhəmməd Mocani, "İQNA"-nın müxbiri ilə müsahibəsində Şərqi Azərbaycan vilayətinin müxtəlif şəhərlərinin əhalisinin Quran məclislərindən şövqlə və geniş şəkildə istifadə etməsinə toxunaraq deyib: "İlkin məlumata görə yarışlar vaxtı 160 Quran məclislərinin keçiriləcəyi proqnozlaşdırılır. Bunun bütün Şərqi Azərbaycan vilayətində keçirilməsi nəzərdə tutulmuşdu, lakin son statistik məlumatlar göstərir ki, yarışın sonuna qədər bu məclislərin sayı 180 Quran məclisini keçəcək. Onun dəqiq statistikası yarışın son günü açıqlanacaq."
O, sözünə belə davam etdi: "Təbrizdə milli Quran yarışlarının final mərhələsinin başlamasına bir neçə həftə qalmış vəqflər və xeyriyyə işləri üzrə baş idarə ilə əməkdaşlıq çərçivəsində Şərqi Azərbaycan vilayətinin şəhərlərində məclislərin təşkil olunması məqsədilə müxtəlif görüşlər keçirildi. Bu vilayətdən və Quran dairələri komitəsinə rəhbərlik etmək üçün bir qrup Təbrizə göndərildi".
Mocani bildirdi: "Bu qrupun üzvləri bir qrup görkəmli beynəlxalq qiraətçilər, birinci dərəcəli Quran hafizləri və seçilmiş təvaşih və surud qrupları tərəfindən seçildi. Həmçinin bu qrupun əyalətə gəlmələri ilə onların cədvəlləri tərtib edildi. Ona görə də qadınlar bölməsində yarışların başlamasına bir həftə qalmış Şərqi Azərbaycan vilayətinin hər yerində bu Quran məclislərinin keçirildiyinin şahidi olduq və bu tendensiya yarışın son gününə qədər davam edəcək.
4254399