IQNA

Qəzzanı müdafiə etmək üçün beynəlxalq humanitar təşkilat yaradılacaq

9:58 - December 19, 2024
Xəbər sayı: 3497273
İQNA – Müsəlman Alimlər Birliyinin sədri Qəzzada soyqırım əleyhinə 140 ölkənin iştirakı ilə toplantı keçiriləcəyini açıqlayıb.

"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, Qəzza və Fələstin xalqını müdafiə edəcək beynəlxalq humanitar yardım təşkilatının qurulacağını elan edən Müsəlman Alimlər Birliyi, İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün bu təşəbbüsü irəli sürdüklərini açıqlayıb.

Müsəlman Alimlər Birliyinin sədri Əli Mühyiddin əl-Qaradaqi mətbuata verdiyi açıqlamada bu qurumun müharibənin əvvəlindən doqquz təşəbbüs irəli sürdüyünü və bunlardan ən mühümünün bu birlik üzvlərinin Rəfah qapısından Qəzzaya girmək üçün əldə etdiyi razılaşma olduğunu bildirib.

Qaradaği həmçinin bildirib ki, birlik Qəzzadakı soyqırıma qarşı 140 ölkənin iştirakı ilə toplantı keçirməyi təklif edib və Qəzzada atəşkəs təklif edib.

Qəzza xalqına qida və dərman daşıyan 50 gəmi təmin etmək üçün İndoneziya, Malayziya və Türkiyə kimi bir çox ölkəyə səfər edən Qaradaği, iştirakçı ölkələrin gəmiləri qorumaqdan imtina etməsindən sonra bu təşəbbüsün uğursuzluğa düçar olduğunu bildirib.

O, həmçinin ərəb və islam liderləri ilə əlaqə saxlamağa çalışsa da, təsirli cavab ala bilməməsindən təəssüfləndiyini bildirib.

Müsəlman Alimləri Birliyinin sədri vurğuladı ki, bu birlik elm sahəsində bütün səylərini sərf edərək, İslam ümmətinin məsələlərinə dəstək olmaq üçün fətva və bəyanatlar verir və kütlələrdən maddi və əməkdaşlıq yardımı göstərməyi xahiş edir. O, cümə xütbələrini Qəzza məsələsi ilə bağlı yardım kampaniyaları və fələstinlilərə dəstək üçün ayırmağa çalışdığını bildirib.

4254547

captcha