Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, bu nümayiş ictimai petisiya 100 mini keçdikdən sonra baş tutub. Britaniya qanunlarına görə, bu, tələbi parlamentdə müzakirə mövzusu edir.
Bundan əvvəl britaniyalı deputatlar İsrailə silah satışının tamamilə dayandırılmasını tələb etmiş və Tel-Əvivə göndərilən silahlara hərtərəfli qadağanın tətbiq edilməli olduğunu vurğulamışdılar.
Məlumatlara görə, Britaniya bundan əvvəl İsrailə 350 silah ixracı lisenziyasından 30-nu dayandırmışdı. Lakin bu məhdudiyyət “F-35” döyüş təyyarələrində istifadə edilən Britaniya istehsalı olan hissələri əhatə etmir. Bu döyüş təyyarələri sionist rejimin Qəzzəyə hücumlarında mühüm rol oynasa da, bu hissələr bu texnikanın təxminən 15 faizini təşkil edir.
Keçən ilin sentyabrında Britaniyanın xarici işlər naziri David Lammy İsrailə bəzi silah ixracatının dayandırıldığını açıqlamışdı. Bununla belə, müdafiə naziri Con Healey bəyan edib ki, bu qərar Britaniyanın İsrailin müdafiə hüququnu dəstəkləməsinə təsir etməyəcək.
İnsan haqları təşkilatları və beynəlxalq təşkilatlar İngiltərənin bu qərarını qeyri-kafi və gec addım kimi qiymətləndirərək, İsrailə silah ixracının tamamilə dayandırılmasını tələb ediblər.