IQNA

47-ci Ümummilli Quran Müsabiqəsi qaliblərinin adları elan edildi

11:34 - December 20, 2024
Xəbər sayı: 3497279
İQNA - 47-ci Ümummilli Quran Müsabiqəsi qaliblərinin adları 19 dekabr tarixində elan edildi və keçirilən mərasimdə qaliblər təltif olundu.

"İQNA"-nın Şərqi Azərbaycandan verdiyi xəbərə görə, Vəqflər və Xeyriyyə İşləri Təşkilatının təşkil etdiyi 47-ci Ümummilli Quran Müsabiqəsi, 2 dekabr tarixindən başlayaraq Təbrizdəki İmam Xomeyni (r.ə) Məscidində qadınlar və kişilər arasında keçirilib. 19 dekabr tarixində isə ölkə və vilayət rəhbərləri, ekspertlər, müəllimlər və nümayəndələrin iştirakı ilə keçirilən mərasimdə iştirakçıların " Bütün Quranın hifzi ", "20 cüzün hifzi", "Tərtil qiraəti" və "Təhqiq qiraəti" üzrə qaliblərin adları elan edildi və aşağıdakı kimi təltif olundu:

Bütün Quranın hifzi üzrə:

1. Birinci yer: Məhəmmədmehdi Rzayi – İsfahan

2. İkinci yer: Səid Şahrixi – Kerman

3. Üçüncü yer: Əli Qulamazad – Zəncan

4. Dördüncü yer: Milad Aşiqi – Şərqi Azərbaycan

5. Beşinci yer: Mehdi Bərəndə – Həmədan

20 cüz üzrə hifz:

1. Birinci yer: Seyidmehdi Bənihaşimi – İsfahan

2. İkinci yer: Əhməd Bərzgər – Tehran

3. Üçüncü yer: Seyidhüseyn Müqəddəmsadat – Şərqi Azərbaycan

4. Dördüncü yer: Mətin Həqşünas – İsfahan

5. Beşinci yer: Məhəmməd Nəqdi – Tehran

Tərtil qiraəti üzrə:

1. Birinci yer: Mehdi Fruği – Qum

2. İkinci yer: Mehdi Şirəvi – İsfahan

3. Üçüncü yer: Mehdi Covzi – Qəzvin

4. Dördüncü yer: Məhəmmədmehdi Beygi – Tehran

5. Beşinci yer: Əbülfəzl Zibayi Məridani – Gilan

Təhqiq qiraəti üzrə:

1. Birinci yer: Seyidcasim Musəvifi – Xuzistan

2. İkinci yer: Məsud Nuri – Tehran

3. Üçüncü yer: Möhsün Qasimi – Tehran

4. Dördüncü yer: Vəhid Bərati – Tehran

5. Beşinci yer: İshaq Əbdullahi – Qum

18 yaşadək bütün Quran üzrə hifz:

1. Birinci yer: Əmirhadi Bayrami – Ərdəbil

2. İkinci yer: Seyidməhəmmədsadiq Hüseyni – Xorasan Rəzəvi

3. Üçüncü yer: Məhəmmədrza Cəfərpur – Gilan

4. Dördüncü yer: Hamid Əsilian – İsfahan

5. Beşinci yer: Əmirtağı Fəlahdust – Gilan

18 yaşadək Təhqiq qiraəti üzrə:

1. Birinci yer: Məhəmmədəmin Köhn Mehrabad – Xorasan Rəzəvi

2. İkinci yer: Əmirhüseyn Ləndərani – Tehran

3. Üçüncü yer: Mehdi Şəkəftəlain – Şimali Xorasan

4. Dördüncü yer: Əmirəli Mirzəyiqədəm – Xorasan Rəzəvi

5. Beşinci yer: Əmirrza Mehrdad – Qəzvin

Qeyd edək ki, kişilər üzrə 47-ci Ümummilli Quran Müsabiqəsinin final mərhələsi 9–19 dekabr tarixlərində keçirildi. Bağlanış mərasimi 19 dekabr tarixində milli və vilayət rəsmilərinin, şəhid ailələrinin, iştirakçıların və müxtəlif ictimai təbəqələrdən olan insanların iştirakı ilə Təbrizdə İmam Xomeyni (r.ə) Məscidində təşkil edildi.

Kişilər arasında yarışlar hər gün saat 14:00-dan 21:00-a qədər Quran Radiosu və Quran və Maarif Şəbəkəsi vasitəsilə canlı yayımlandı. Bundan əvvəl, 2–19 dekabr tarixlərində qadınlar arasında yarışlar eyni məkanda keçirilmiş və qaliblər "Nəğmələr" və "Avaz" bölmələrində mükafatlandırılmışdı. Həmçinin kişilər arasında "Nəğmələr" bölməsi üzrə də qaliblər müəyyən edildi.

captcha