"Rəyul-Yəvm" saytının verdiyi xəbərə görə, bu tələbələr sionist rejimin soyqırımına məruz qalan fələstinli dostlarına dəstək olduqlarını bəyan etmişdilər.
PACBI bəyanat yayaraq, Misir rəsmilərinin təzyiq, qorxutma və həbs siyasətinin Misir xalqının böyük əksəriyyətinin səsini susdura bilməyəcəyini bildirib.
Həmçinin bu kampaniya Misir universitetlərində fələstin şərfinin istifadəsinin qadağan edilməsini, söz azadlığı hüquqlarının məhdudlaşdırılmasını və soyqırım təhdidi altında olan fələstin xalqına dəstək məqsədilə keçirilən aksiyaların qarşısının alınmasını qınayıb.
Açıqlamada deyilir: "Bu repressiv tədbirlər, Misir rəsmilərinin limanlarını İsrailə silah, hərbi və mülki texnika göndərmək üçün istifadə etməyə icazə verdiyi bir mühitdə həyata keçirilir. Bu, beynəlxalq hüquqa uyğun bütün öhdəliklərinə ziddir. Bundan əlavə, Rəfah sərhəd qapısı da bir neçə aydır bağlanmışdır."
Bəyanatda vurğulanır ki, Fələstin xalqı ilə həmrəy olanlara qarşı təşkil olunmuş nifrət və irqçilik hərəkətləri, xüsusən Qərb olmaqla, bütün dünyada yayılmışdır. Fələstin şərfinin taxılmasının qadağan edilməsi və onu taxanların cəzalandırılması səyləri hələ də davam edir.
Siyasi hakimiyyətin təzyiqləri artarkən, bu, Fələstin xalqına qarşı başlayan, onların kimliyini və mədəni irsini məhv etməyi hədəfləyən müharibəni dəstəkləməkdən başqa bir şey deyil.
Misir, Qəzzada atəşkəs yaratmağa çalışdığını, lakin bu səylərin hələlik nəticə vermədiyini iddia edir.