IQNA

BƏƏ-də Quran müsabiqəsində 66 millətdən iştirakçı yer alacaq

3:10 - December 22, 2024
Xəbər sayı: 3497287
İQNA – Birləşmiş Ərəb Əmirliklərinin Rəsul-Xeymə Quran və Quran Elmləri İnstitutu tərəfindən təşkil olunan Rəsul-Xeymə Mükafatı Quran müsabiqəsinin 23-cü mərhələsi keçiriləcək.

"Əl-Vətən" saytının verdiyi məlumata görə, müsabiqəyə əmirlikdən kənardan və digər bölgələrdən 2 min 520 qadın və kişi iştirakçı qeydiyyatdan keçib.

Rəsul-Xeymə Quran və Quran Elmləri İnstitutunun İdarə Heyətinin sədri Şeyx Sakir ibn Xalid ibn Hamid Əl-Qasimi, iştirakçıların çoxluğunun BƏƏ hökumətinin ölkə vətəndaşlarına və bu ölkədə yaşayan digər millətlərə dəstəyinin və Quran sevgisinin göstəricisi olduğunu bildirib.

Müsabiqənin təşkilinə cavabdeh olan Ali Komitənin rəhbəri müsabiqəyə böyük marağın olduğunu və ölkənin müxtəlif yerlərindən iştirakçıların qatılmasının həyəcan və rəqabət yaratdığını vurğulayıb.

Həmçinin müsabiqənin seçim mərhələsinin dekabrın 23-ü, bazar ertəsi günü başlayacağını qeyd edib.

4255263

captcha