"Sky News"-un verdiyi xəbərə görə, avtomobillə edilən hücumla bağlı "DPA" xəbər agentliyi sürücünün hadisədən sonra Şərqi Almaniyanın Magdeburq şəhərində həbs edildiyini bildirib.
İctimai radio və televiziya kanalı MDR ən azı bir nəfərin həyatını itirdiyini təsdiqləyib.
Yerli hökumət nümayəndəsi Mattias Şuppe hadisəni terror hücumu kimi xarakterizə edib.
Alman polisi X sosial şəbəkəsindəki hesabında bazarda geniş miqyaslı araşdırmaların davam etdiyini yazıb.
Hücumda biri uşaq olmaqla azı iki nəfərin həyatını itirdiyi, yaralıların sayının isə təxminən 70 nəfər olduğu bildirilib.
Bu yaralılardan 15-nin vəziyyətinin ağır olduğu açıqlanıb. Alman mediası ölənlərin sayının arta biləcəyi barədə xəbərlər yayıb.
Hadisə yerində təhlükə zənginin səsləri eşidilib, əraziyə çoxlu sayda təcili tibbi yardım və xilasedici qruplar cəlb edilib. Yaralılara ilkin yardım Milad bazarında göstərilib, bir çoxu ətraf xəstəxanalara aparılıb.
Berlinin qərbində yerləşən Magdeburq Saksoniya-Anhalt vilayətinin paytaxtıdır və təxminən 240.000 nəfər əhalisi var.
4255210