IQNA

Colani Həzrət Zeynəb (s) Türbəsinin qorunması üçün əmr verdi

3:07 - December 23, 2024
Xəbər sayı: 3497295
İQNA – Təhriruş-Şam qrupunun lideri Həzrət Zeynəb (s) türbəsinin qorunması ilə bağlı əmr yayımladı.

"Rəyul Yəvm" qəzetinin verdiyi xəbərə görə, silahlı müxalif qrup olan Heyət Təhriruş-Şamın (HTŞ) komandiri Əhməd əş-Şəra (ləqəbi Əbu Məhəmməd Əl-Colani), Şamda suriyalı və iraqlı şiələrdən ibarət komitə üzvləri ilə görüş keçirib.

Görüş zamanı Colaninin Həzrət Zeynəb (s) türbəsinin idarə olunması və nəzarətindən məsul olan həmin bölgədəki şiələrə təminat verdiyi aydın olur.

Bundan əlavə, Əl-Şəra, təhlükəsizlik nəzarət təşkilatından bir qrup qüvvəyə Şamın mərkəzində Həzrət Zeynəb (s) türbəsinin təhlükəsizliyini təmin etmək və qorumaq vəzifəsini tapşırıb.

Suriyadakı silahlı müxaliflər 27 noyabr 2024-cü il səhərindən etibarən Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə Hələbin şimal-qərb, qərb və cənub-qərbində əməliyyatlara başlayıb və 18 dekabr bazar günü ölkədə nəzarəti ələ alıblar.

Bu istiqamətdə 9 dekabrda Məhəmməd Əl-Bəşir, gələn ilin mart ayına qədər ölkənin keçid hökumətinin rəsmi rəhbərliyini üzərinə götürüb.

4255362

captcha