İslam İnqilabının Rəhbəri Ayətullah Seyyid Əli Xamenei 31-ci Milli Namaz Konfransına göndərdiyi mesajda namazın vaxtında qılınmasının və xüşu ilə yerinə yetirilməsinin əhəmiyyətini vurğulayıb.
Ayətullah Xamenei mesajında bildirib ki, namazın fərdi və ictimai həyatda təsirləri yalnız diqqət və qəlb hüzuru ilə mümkündür.
İnqilab Rəhbəri mesajında aşağıdakı ifadələri işlədib:
“Namaz bütün varlığın sahibi və qiyamət gününün hakimi olan Allaha xitab edilərək qılınır. Bu şüurla vaxtında qılınan namaz insanın ruhunda və daha sonra fərdi və ictimai həyatında dərin təsirlər buraxar. Bu məsələdə xüsusilə gənclərə daha çox müraciət olunmalıdır.”