Qəzzədəki hökumətin Media Ofisinin açıqlamasına əsasən, televiziya işçilərindən 5 nəfər həyatını itirib.
Açıqlamada qeyd olunub ki, sözügedən jurnalistlərin öldürülməsi ilə İsrail ordusunun Qəzzə Zolağına etdiyi hücumlarda öldürülən jurnalistlərin sayı 201-ə çatıb.
İsrailin fələstinli jurnalistləri hədəf alması, öldürməsi və onlara sui-qəsd etməsi ən kəskin şəkildə qınanıb. Beynəlxalq Jurnalistlər Federasiyası, Ərəb Jurnalistlər Federasiyası və bütün dünya ölkələrindəki jurnalistika qurumlarına Qəzzə Zolağında fələstinli jurnalistlərə və media işçilərinə qarşı bu sistematik cinayətləri qınama çağırışı edilib.
Açıqlamada qeyd olunub ki, "bu iyrənc və vəhşi cinayətin törədilməsinə" görə tamamilə İsrail və soyqırım cinayətində iştirak edən ABŞ, İngiltərə, Almaniya və Fransa kimi ölkələr məsuliyyət daşıyır.
Beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara və dünyanın hər yerində jurnalistika və media ilə əlaqəli təşkilatlara İsrailin cinayətlərini qınamaq, onu çəkindirmək, törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrdə mühakimə etmək və israilli cinayətkarları ədalət qarşısına çıxarmaq üçün çağırış edilib. Həmçinin soyqırım cinayətini dayandırmaq, Fələstində və xüsusən Qəzzə Zolağında jurnalistləri və media işçilərini qorumaq, onları öldürmə və sui-qəsd cinayətlərini dayandırmaq üçün İsrailə ciddi və təsirli təzyiq göstərmək tələb olunub.