IQNA

Otizimli 11 yaşlı Yusifin yazdığı xəttlər görənləri heyrətləndirir

1:54 - December 28, 2024
Xəbər sayı: 3497323
İQNA - Trabzonda Çukurçayır Orta Məktəbinin xüsusi təhsil sinifinin şagirdi, 11 yaşlı Yusif Sait Kaya, Quran kursunun divarında gördüklərini çəkərək özbaşına xətt yazmağa başlayıb.

Yusif Sait Kayanın anası Neslihan Bayraktar, AA müxbirinə verdiyi açıqlamada oğlunun 6 aylıq ikən boynunda əyrilik olduğunu fərq edərək həkimə apardığını bildirib.

Oğlunun uzun müddət fizioterapiya gördüyünü söyləyən Bayraktar, "Bu xəstəliklə məşğul olarkən danışıq problemi olduğunu başa düşmədik. O, 3 yaşına çatanda həkimə apardıq və otizm diaqnozu qoyuldu," deyib.

Bayraktar, övladının zehni inkişafını dəstəkləmək üçün imkanları daxilində çalışdıqlarını bildirib.

Oğlunun gördüyü və eşitdiyi şeyləri unutmadığını vurğulayan Bayraktar, "Ətrafda gördüyü nömrələri, eşitdiyi duaları, Quranı, oxuduğumuz kitabları, dinlədiyi nağılları hər şeyi əzbərləyir," deyib.

19 illik təcrübəsi olan Quran müəlliməsi

Bayraktar, 19 ildir ki, əyalət müftiliyində Quran dərsləri verdiyini qeyd edərək, "Zaman-zaman oğlumu işlədiyim kursa aparıram. Orada vaxt keçirməsi üçün ona kağız və qələmlər verirəm. 7 yaşında olanda kursun divarlarında gördüyü xəttləri kağıza çəkməyə başladı. Daha sonra pandemiya dövründə ona evdə boyaması üçün xətt kağızları gətirdim, bunu çox sevirdi. Onsuz da Qurana marağı böyükdür, hətta yay kursunda cüzləri bir neçə dəfə başdan sona qədər yazdı," deyə bildirib.

Yusif rəsm və piano kurslarına gedir

Bayraktar, "Bir səhər məndən əvvəl oyandı və özbaşına yazmağa başladı. O zaman xətt istedadının olduğunu anladım. Heç bir yerdə dərs almayıb. Yusifin indiki etdikləri tamamilə öz inkişafı ilə bağlıdır," ifadəsini işlədib.

Oğlunun xətt sənətində inkişaf etməsini istədiyini, lakin ona uyğun kurs tapa bilmədiyini vurğulayan Bayraktar, hələlik onun rəsm və piano kurslarına davam etdiyini bildirib.

Bayraktar, otizimli uşaqları olan ailələrə vəziyyəti tez bir zamanda qəbul edib, təhsillərə başlamalarını tövsiyə edib.

Teqlər: quran ، otizm ، kurs ، Trabzon
captcha