IQNA

Müsəlmanlara qarşı irqçilik hesabat mərkəzi açılır

10:35 - December 31, 2024
Xəbər sayı: 3497347
İQNA – Almaniyada 1,7 milyon müsəlmanın yaşadığı Şimali Reyn-Vestfaliya (ŞRV) əyalətində Anti-Müsəlman İrqçilik Hesabat Mərkəzinin (MEDAR) 2025-ci ilin yaz aylarında açılması planlaşdırıldığı elan edilib.

"Türkiyə Today" xəbər portalının verdiyi məlumatına görə, dövlətin ictimai yayım quruluşu WDR-nin xəbərində bildirilir ki, ölkədə bir ilk olan və ŞRV əyalət hökuməti tərəfindən yaradılan bu mərkəzdə müsəlmanlara qarşı hücumlar və cinayət hadisələri qeydiyyata alınaraq hesabat halına gətiriləcək.

MEDAR-ın fəaliyyətə başlaması ilə müsəlman olmayan əcnəbilərə qarşı irqçi fəaliyyətlər də hesabat şəklində hazırlanacaq.

Ən gec mart və ya aprel ayında açılması planlaşdırılan mərkəzin üç illik bir işin nəticəsi olduğu qeyd edilib.

Müsəlman əleyhinə hadisələrə dair öz əyalət hesabat mərkəzini quran ilk federal əyalət olan və 18 milyondan çox əhalisi olan ŞRV-də 1,7 milyondan çox müsəlmanın yaşadığı təxmin edilir.

Əyalətdə müsəlmanlara və ibadətgahlarına qarşı çox sayda hücum baş verib. Əyalətdəki İserlohn şəhərində 2022-ci ilin yanvar ayında çoxlu sayda müsəlmanın qəbiristanlığına edilən hücumda məzar daşları sındırılıb və tərsinə çevrilərək zədələnib.

Dövlət, həmçinin bölgədəki yəhudi əleyhinə hadisələri sənədləşdirmək məqsədilə 2022-ci ilin aprel ayında Yəhudi Əleyhinə Araşdırma və Məlumat Mərkəzi qurmuşdu.

Son illərdə Almaniyada ifrat sağçı partiyaların və müsəlman qruplarının təbliğatı ilə irəlilədilən irqçilik və əcnəbi düşmənçiliyində artım müşahidə edilir.

Almaniya, Fransadan sonra Qərbi Avropanın ən böyük ikinci müsəlman əhalisinə sahibdir və rəsmi statistikaya görə bu ölkədə 5 milyona yaxın müsəlman yaşayır.

4256869

captcha