IQNA

Ümumdünya Səhiyyə Təşkilatından "Qəzza" çağırışı

2:13 - January 01, 2025
Xəbər sayı: 3497351
İQNA - Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus, İsrail qüvvələrinin Qəzzanın şimalındakı son aktiv xəstəxanalardan birinə basqın etməsindən bir neçə gün sonra verdiyi açıqlamada səhiyyə müəssisələrinə hücumların dayandırılması lazım olduğunu söylədi.

"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom işğalçı rejimi xəstəxanalara hücumları dayandırmağa və bu bölgəyə humanitar yardım göstərməyə çağırıb.

X platformasında yayımlanan yazıda Ghebreyesus, “Qəzzada xəstəxanalar döyüş meydanına çevrilib və səhiyyə sistemi ciddi təhlükə altındadır: "Xəstəxanalara hücumları dayandırın. Qəzzada insanların tibbi xidmət görə bilməsi lazımdır. Humanitar yardımların girişinə ehtiyac var. Atəşkəs", deyə o yazıb.

İşğal ordusu Qəzza əl-Ofa xəstəxanasına hücumda Həmas qüvvələrini hədəf aldığını bildirib. Fələstin Mülki Müdafiə Qrupu bu hücumda 7 nəfərin öldüyünü açıqlayıb.

Qəzzanın səhiyyə rəsmiləri bildiriblər ki, İsrail qüvvələri cümə günü Kamal Ədvan xəstəxanasının onlarla tibb işçisi də daxil olmaqla 240-dan çox fələstinlini həbs edib.

Adhanom deyib ki, onlar İsrailin səhiyyə ilə bağlı hüquq və ehtiyaclara hörmət edilməsini təmin etməsini istəyirlər.

4257070

captcha