IQNA

Şeyx Naim Qasım:

Müqavimət davam edir və gələcəkdə daha da güclənəcək

1:23 - January 04, 2025
Xəbər sayı: 3497368
İQNA – Livan Hizbullahının baş katibi vurğulayıb ki, müqavimət davam edir, gücünü yenidən qurur və gələcəkdə daha da güclənəcək.

Livan Hizbullahının baş katibi Şeyx Naim Qasim çərşənbə günü İranın Radio və Televiziya Korporasiyasının konfrans zalında Ayətullah Misbah Yəzdinin xatirəsinə həsr olunmuş 4-cü qurultayına göndərdiyi videomüraciətdə Ayətullah Misbahın dinin prinsip və qaydalarına sadiq qaldığını bildirib. İslam İnqilabı və dəyərli alimin hövzə ilə universitet arasındakı birliyə inandığını ifadə etdiyini bildirdi.

Hizbullahın Qəzzaya dəstəyinə toxunan Şeyx Naim Qasım çıxışına davam edərək deyib:

"Hizbullahın Qəzzaya dəstəyi bizim iman və inancımızın bir parçasıdır. Eyni zamanda bu dəstək vətənimizə olan sevgimizin göstəricisidir. Qəzzada və Livanda İsrail düşməninə qarşı əsl əfsanə formalaşıb".

Hizbullah baş katibi qardaşlar arasında əməkdaşlıq və həmrəyliyin bu əfsanəvi müqavimətin qorunub saxlanmasında mühüm rol oynadığını bildirib və əlavə edib:

“Şəhid Hacı Qasim Süleymani, ümmət şəhidlərinin ağası Seyid Həsən Nəsrullah, Şəhid Seyid Haşim Səfiəddin, Şəhid Yəhya Sinvar, Şəhid İsmayıl Həniyyə, Yəmən Ənsarullah Hərəkatı, Şəhid Əbu Mehdi Əl-Mühəndis, Həşdüş-Şəbi və Nəcəf-Əşrəf və Qumdakı dini idarələri ilə dünyanın azad insanlarının imkanlarına verdiyi hər dəstək bizi elə bir yerə gətirib çıxarıb ki, düşməni rüsvay edəcəyik”.

captcha