"Əl-Nəhar" internet saytının verdiyi xəbərə görə, Əlcəzairin Din İşləri və Ovqaf naziri Yusif Bulmehdi, eşitmə qüsurlu insanlar üçün Qurani-Kərimin ilk hissələrinin hazırlanmağa başladığını bildirib.
O, həmçinin bildirib ki, xüsusi qayğıya ehtiyacı olan insanlar üçün dini və hədis kitabları çap mərhələsindədir.
Bülmehdi Əlcəzairdə Quran məktəbləri və ənənəvi Quran təhsili mərkəzlərində şagird sayının 1 milyon 200 min nəfərə çatdığını və bu rəqəmin yay tətilində daha da artdığını bildirib.
4258637