"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, Papa Fransisk sionist rejimin Qəzzəyə davamlı təcavüzünün nəticələrini tənqid etməyə davam edib.
O, elektrik enerjisinin demək olar ki, mövcud olmadığı Qəzzada qış soyuğunun səbəb olduğu ölümlərə də toxunub və deyib: “Biz xəstəxanaların dağıdılması və ya elektrik şəbəkəsinin bombalanması səbəbindən donaraq ölən uşaqları qəbul edə bilmərik”.
Papa Fransisk, təxminən 184 ölkədəki diplomatik nümayəndəliklərin üzvlərinə göndərdiyi "Dünyanın Vəziyyəti" mesajının bir hissəsi olaraq, "Biz heç bir şəkildə mülki əhalinin bombalanmasını qəbul edə bilmərik" dedi.
Bu zaman sionist rejimin Vatikandakı səfiri də orada idi.
Roma Katolik Kilsəsinin lideri olan Papa Fransiskin 1,4 milyard izləyicisi var və ümumiyyətlə münaqişələrdə tərəf tutmamağa diqqət yetirir. Lakin son vaxtlar o, Qəzzadakı müharibəni daha çox tənqid edir.
Qəzza zolağında qətliamların davam etdiyi bir vaxtda Fələstin müqaviməti Qəzza zolağının şimalında şiddətli toqquşmalarda sionist rejimin əsgər və zabitlərinə yeni itkilər verdirib.
Fələstin müqaviməti ilə sionist rejim arasında Qəzzada atəşkəsə nail olmaq üçün dolayı yolla danışıqlar Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə davam edir.
4259035