“Reuters”in verdiyi məlumata görə, irlandlar Qəzzada Kamal Ədvan xəstəxanasının direktorunun həbsinə etiraz ediblər.
Bu etiraz Dublində İrlandiya Səhiyyə İşçiləri Assosiasiyasının çağırışı ilə Səhiyyə Nazirliyinin binasından ABŞ səfirliyinə yürüş şəklində baş tutub.
Təxminən iki həftə əvvəl sionist rejim Qəzzanın şimalında yerləşən Kamal Ədvan xəstəxanasına hücum edərək xəstəxana müdirini və onun bəzi əməkdaşlarını həbs edib.
Sionist rejim xəstəxana müdiri Əbu Səfiyə də daxil olmaqla ümumilikdə 450 səhiyyə işçisini həbs edib. Bundan əlavə, səhiyyə sektorundan 1100 nəfər şəhid olub.
Etirazçılar "Xəstəxanaların bombalanmasını dayandırın və tibb işçilərini azad edin!" şüarlar səsləndirdilər.