"Əl-Kəfil" kanalının verdiyi xəbərə görə, müsabiqə Tanzaniyada Həzrət Abbasın (ə) hərəminin Mədəniyyət və İntellektual İşlər İdarəsinin təşkil etdiyi mərasimlə öz işinə yekun vurub.
Ziyarətgahın nəzdində fəaliyyət göstərən Afrika Araşdırmaları Mərkəzinin Quran layihəsinin rəhbəri Seyid Zərqəm İbrahimi bu müsabiqənin Quran biliklərinin Afrika qitəsində yayılması və müxtəlif sosial qrupların Qurani-Kərimlə qarşılıqlı əlaqəsini gücləndirmək səyləri çərçivəsində keçirildiyini qeyd edib.
Bu mərkəzin afrikalı gənclər və uşaqlar arasında Quran şüurunun artırılmasına diqqət yetirdiyini bildirən İbrahimi, Quran təlimlərini yaymaq üçün bu qitədə Quran kursları və yarışların təşkilinə önəm verdiklərini söylədi.
Müsabiqənin bağlanış mərasimində qaliblər və iştirakçılar mükafatlandırılıb.
Tədbirdə çıxış edən mərkəzin Tanzaniya koordinatoru Şeyx Kiza Musa Kiza, iştirakçıların səylərini yüksək qiymətləndirib və gənc nəsil arasında Quran mədəniyyətinin gücləndirilməsi üçün bu cür proqramların həyata keçirilməsinin vacibliyini qeyd edib.
4259723