İmam Əli (ə) ziyarətgahı internet saytının verdiyi məlumata görə, ziyarətgahın İslam Mədəniyyəti İdarəsinin rəisi Hüseyn Rəhimi bildirib ki, beynəlxalq sərgiyə rəsm, xəttatlıq, İslam ornamentləri, bədii naxışlar və miniatürlər daxil olmaqla 300-dən çox əsər daxildir.
Digər bir hissə isə Həzrət Əlinin (ə) mövludundan şəhadətinə qədər olan həyatından bəhs edən bədii əsərlərə həsr olunub.
Beynəlxalq ölçünün bu sərgiyə xüsusi rəngarənglik və fərqlilik verdiyini deyən Rəhimi sərgidə Livan, İran, Pakistan və İraqdan bir sıra beynəlxalq rəssamların iştirak etdiyini bildirib.
Mədəniyyət rəsmisi bildirib ki, sərgi ziyarətçilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Sərginin hər gün saat 08.00-13.00 arası ziyarətçilərin üzünə açıq olduğunu deyən Hüseyn Rəhimi sərginin mədəni və bədii məzmunundan bütün ziyarətçilərin yararlana biləcəyini qeyd edib.
4259472