IQNA

Yəmən İsrailin elektrik stansiyasını raketlə vurub

10:38 - January 17, 2025
Xəbər sayı: 3497445
İQNA - Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri, işğal altındakı Eylat limanındakı elektrik stansiyasını ballistik raketlə vurduqlarını açıqlayıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri İsrail hərbi obyektlərinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirdiklərini və işğal altındakı Eylat limanında bir elektrik stansiyasını ballistik raketlə vurduqlarını açıqlayıb.

“Briqada generalı Seri “Əl-Məsirə” telekanalına danışaraq, “Biz Fələstin xalqının ədalətli mübarizəsini və müqavimətini dəstəkləyirik və Qəzza zolağındakı qardaşlarımızın zülmünə, İsrailin ölkəmizə qarşı təcavüzünə cavab vermək üçün təşkil edilən “Vəd edilmiş Müharibə və Müqəddəs Cihad” əməliyyatının beşinci mərhələsində “İşğal olunmuş Təl-Əvivdəki düşmən hədəflərini PUA-larla vurduq.

Briqada generalı Səri həmçinin raket birləşmələrinin işğal altındakı Fələstinin cənubundakı Eylat bölgəsində bir elektrik stansiyasını qanadlı raketlə hədəf aldığını və bu əməliyyatın da uğurla tamamlandığını bildirib.

Seri əməliyyatların İsrailin blokadası və Qəzza zolağına hücumları bitənə qədər davam edəcəyini vurğulayıb.

captcha