IQNA

Kərbəlada hicri 4-cü əsrə aid Quranın bərpa edilməsi

1:11 - January 19, 2025
Xəbər sayı: 3497456
İQNA - Kərbəladakı Abbasilər Məqbərəsinin Fikri və Mədəniyyət İşləri Müdirliyi hicri 4-cü əsrə aid nadir Quran nüsxəsinin bərpasına başlandığını açıqlayıb.

"Əl-Kəfil" xəbər agentliyinin verdiyi məlumata görə, Abbasilər Məqbərəsinin Fikri və Mədəniyyət İşləri Müdirliyinə bağlı Əlyazmaların Mühafizəsi və Sənədlərin Arxivləşdirilməsi Mərkəzinin bərpa şöbəsinin müdiri Lətif Əbdüzzəhrə 2025-ci il İş planında, hicri 4-cü əsrə aid bu nadir Quranın bərpa ediləcəyini və Quranın bərpasına başlanıldığını və bu nüsxənin Abbasi türbəsinin kitabxanasında mühafizə edildiyini bildirdi.

Əbdüzzəhrə bərpa prosesinin bir neçə mərhələdən ibarət olduğunu və bunlara bioloji və kimyəvi araşdırmalar, Qurani-Kərimin əlyazmasında çatların aradan qaldırılması, cild təmiri, xüsusi saxlama qutusunun inşası və əsərin türbəyə qaytarılmasını əhatə etdiyini bildirib.

O vurğulayıb ki, bərpanın birinci mərhələsində əlyazma hərtərəfli araşdırılıb, istifadə olunan kağızlar, rənglər, bəzək əşyaları və yazı mürəkkəbləri təhlil edilib, zədələnmiş yerlərin fotoşəkilləri çəkilib, Quranın səhifələri ardıcıllıqla nömrələnib. Bu mərhələ hər hansı bir bərpa işinə başlamazdan əvvəl həyata keçirilir.

Əbdüzzəhrə bu Quranda ətraf mühit faktorları və uyğun olmayan saxlama şərtlərindən qaynaqlanan bioloji və kimyəvi zərərlərin göründüyünü, bunun da səhifələrin qırılmasına, bəzi hissələrin ayrılmasına səbəb olduğunu bildirib.

Əbdüzzəhrə son olaraq vurğuladı ki, Qurani-Kərimin belə nadir nüsxələrinin bərpasında məqsəd bu əsərləri qorumaq və gələcək ekoloji şəraitə qarşı davamlılığını təmin etməkdir.

captcha