"Daily Sabah"-ın verdiyi xəbərə görə, Volfenbüttel Yaşıl Məscidi İdarə Heyətinin sədr müavini Mustafa User, verdiyi açıqlamada, “19-cu əsrə aid, üzərində Seyyid Süleyman Vəhbi Əfəndi tərəfindən yazılmış tarixi Quran icmamıza hədiyyə olaraq təqdim edildi. 1860-1872-ci illər arasında əlyazması olduğu təxmin edilən bu əvəzsiz əsər mənəvi və mədəni irsimizi zənginləşdirəcək. Belə unudulmaz hədiyyə aldığımız üçün xoşbəxtik” dedi.
Tarixi Quran və İslam mövzusunda araşdırmalar aparan Dr. User, bunun Elke Niewöhnerdən hədiyyə olduğunu və Niewöhnerin əsəri əvvəllər Berlin İslam İncəsənəti Muzeyində kurator vəzifəsində çalışmış Yens Krögerdən aldığını bildirib.
Niewöhnerin bu dəyərli əsərin onların məscidinə etibarlı əllərə təhvil verilməsini istədiyi üçün gəldiyini qeyd edən User, “Bu tarixi Quran buradakı icmamızın mənəvi və mədəni irsinə əlavə edilib və cəmiyyətimizdə daimi mənəvi irs kimi öz yerini tutmağa davam edəcək. Bu tarixi əsər məscidimizin xüsusi ərazisində sərgilənəcək və hər kəsin görmək və araşdırması üçün açıq olacaq. Cəmiyyətimizin dini və mədəni irsinə işıq salacaq bu əsər keçmişlə bu gün arasında möhkəm əlaqə yaradaraq gələcək nəsillərə çatdırılacaqdır” ifadələrindən istifadə etdi.
User, qeyd edib ki, Volfenbüttel Yaşıl Məscidinin İdarə Heyəti bu unikal ianəyə görə Niewöhner və Krögerə dərin təşəkkürünü bildirir.
4261347