"Əl-Qüds Əl-Ərəbi" saytının verdiyi xəbərə görə, mərkəz bu çərçivədə xüsusi əməliyyat otağı yaradıldığını və yardım kampaniyası üçün 80-dən çox ölkə və qurumun əməkdaşlıq etdiyini açıqlayıb.
Əl-Əzhərə bağlı Zəkat və Sədəqə Evi də atəşkəsin tətbiqindən sonra ilk Əl-Əzhər yardım karvanının Qəzza zolağına daxil olduğunu açıqlayıb.
Əl-Əzhər Zəkat Evi Qəzzaya 200 yük maşını və minlərlə ton təcili yardım, o cümlədən çadırlar, yeməklər, ədyal və döşəklər gətirdiyini vurğulayıb. Bu yardım karvanı bütün Qəzzadakı qaçqınlara ləvazimatları paylayacaq.
Məlumata görə, 25-i yanacaq daşıyan 280 humanitar yardım maşını çərşənbə axşamı Qəzza zolağına daxil olub.
Misir Qızıl Aypara Cəmiyyətindən olan mənbə atəşkəsin tətbiqindən sonra Qəzza zolağına 1170 yardım maşınının gəldiyini, onlardan 110-unun yanacaq daşıdığını açıqlayıb.
Misirin Qahirə Universitetinə bağlı Qəsr əl-Əyni Xəstəxanası fələstinlilərə tibbi xidmət göstərmək üçün təchiz olunduğunu və Qəzza zolağından gələn xəstələri və yaralıları qəbul etməyə hazır olduğunu açıqlayıb.
Bundan əvvəl Əl-Əzhər İslam Mərkəzi bütün xəstəxanalarının yaralı fələstinliləri qəbul etməyə hazır olduğunu açıqlamışdı.
Əl-Əzhər həmçinin vurğulayıb ki, Qəzzə şəhidlərinin adları xalqların zülm və ədalətsizliyə qarşı mübarizə tarixinə şərəflə həkk olunacaq və Fələstin xalqını bütün hüquqlarını bərpa edənə qədər qanuni mübarizələrini davam etdirməyə ruhlandıracaq.
4261320