IQNA

İranın 41-ci Beynəlxalq Quran Müsabiqəsinin tarixi və saatının elanı

11:18 - January 25, 2025
Xəbər sayı: 3497496
İQNA - İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsinin sabah, fevralın 26-si axşam açılış mərasimi ilə rəsmi olaraq başlanacaq və tədbir bağlanış mərasimi və nəticələrin elan olunacağı yanvarın 31-dək davam edəcək.

"İQNA"-nın verdiyi məlumata görə, İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsinin final mərhələsi yanvarın 26-sı bazar günü axşam İmam Rzanın (ə) hərəminin ev sahibliyi ilə müqəddəs Məşhəddə başlayacaq və bu ayın 31-dək davam edəcək.

Vəqflər və Xeyriyyə İşləri Təşkilatının Quran İşləri Mərkəzi müsabiqənin ümumi tarix cədvəlini dərc edib və buna əsasən açılış mərasimi yanvar ayının 26-sı saat 18:30-dan 21:00-dək İmam Rzanın (ə) hərəminin Qüds zalında keçiriləcək.

Həmin gün səhər saatlarında müsabiqənin hakimləri üçün brifinq keçiriləcək. hakimlər və iştirakçılar qrup şəklində İmam Rzanın (ə) hərəminin müqəddəs yerlərini ziyarət edəcəklər.

Yarışlar bazar ertəsi, yanvarın 27-i səhər saatlarında başlayacaq və elan edilmiş təqvimə əsasən, qadınların yarışları səhər, kişilərin yarışları isə günorta və axşam saatlarında keçiriləcək.

Qadınlar arasında iki kateqoriya üzrə yarışlar: Tərtil tilavəti və bütün Qurani-Kərimin hifzi bazar ertəsi günü yanvarın 27-dən 29-dək qədər, saat 8:30-dan 11:30-a kimi İmam Rzanın (ə) hərəminin Qüds zalında keçiriləcək və giriş bütün qadınlar üçün azaddır.

Kişilər arasında da yarışma yanvarın 27-si bazar ertəsi günorta saat 14:30-da üç kateqoriya üzrə başlayacaq: Təhqiq qiraəti, tərtil qiraəti və bütün Qurani-Kərimin hifzi. Bu bölüm bazar ertəsindən cümə axşamına, yanvarın 27-dən 30-dək, saat 14:30-dan 20:45-dək davam edəcək.

Cümə axşamı, yanvarın 30-da kişilər bölməsində iki fənnin final mərhələsinin şahidi olacağıq: Təhqiq qiraəti və bütün Qurani-Kərimin hifzi.

Bu müsabiqənin bağlanış mərasimi 31 yanvar cümə günü günortadan sonra keçiriləcək və kişilər bölməsi üçün giriş yarışın bütün günlərində ictimaiyyətə açıq olacaq və müsabiqənin hamısı Quran və Maarif kanalında canlı yayımlanacaq.

Yarışlar zamanı digər proqramlar da planlaşdırılıb ki, onlardan ən mühümü İmam Rzanın (ə) hərəminin tozdan təmizlənməsi mərasimidir. Bu mərasim yanvarın 30-u cümə axşamı səhər saatlarında keçiriləcək.

Yanvarın 30-da baş tutacaq digər əlavə tədbir isə İran İslam Respublikası Beynəlxalq Quran Yarışmasının iştirakçıları, hakimləri və əməkdaşlarının İmam Rzanın (ə) hərəminin rəhbərliyi ilə görüşüdür.

4261650

captcha