"İQNA-nın məlumatına görə, 41-ci Milli Qurani-Kərim yarışının kişilər arasında keçirilən yarışı bu gün, fevralın 28-də Rəzəvi hərəminin Qüds zalında saat 14:30-da başlayacaq və saat 21:00-a qədər davam edəcək.
Bu yarışmanın texniki komitəsi tərəfindən yayımlanan proqramda Qurani-Kərimi bütövlükdə əzbərləmək, təhqiq qiraəti, tərtil qiraəti kateqoriyaları üzrə iştirakçılar Qurani-Kərimdən ayələri oxumaq üçün bir-birilə yarışıblar.
Müvafiq olaraq, yarışın ilk günündə ümumilikdə 11 iştirakçı üç fənn üzrə mübarizə aparıb. Münsiflər heyətinin suallarını cavablandırmaq üçün səhnəyə ilk olaraq bütün Quranı əzbərləmək sahəsində Misir təmsilçisi çıxıb.
Həmçinin bütün Quranı əzbərləmək sahəsində İranın təmsilçisi Məhəmməd Xakpur məğrib namazından sonra münsiflər heyətinin suallarını cavablandırmaq üçün səhnəyə çıxıb.
4262138