"Əl-Yəvmus-Sabi" saytının verdiyi məlumata görə, yarış yanvarın 31-də başlayacaq və fevralın 3-ü bazar ertəsi gününə qədər davam edəcək.
Yarış Misirin baş naziri Mustafa Mədbulinin nəzarəti və Port Səid valisi Muhəb Həbəşinin dəstəyi ilə keçiriləcək.
Müsabiqənin icrasına cavabdeh olan Adəl Əl-Müslihi bildirib ki, açılış mərasimi Misirin Əl-Salam məscidində ölkənin Vəqf Naziri, Baş Müfti və Əl-Əzhər Şeyxinin nümayəndəsi də daxil olmaqla bir çox rəsmilərin iştirakı ilə baş tutacaq.
Müslihi bildirib ki, builki müsabiqə mərhum Qari Şeyx Məhəmməd Siddiq Menşavinin Quran tilavəti sahəsindəki mövqeyi və mühüm rolunu təqdir etmək üçün keçiriləcək.
O, həmçinin müsabiqənin açılış mərasiminin Misir televiziyasında canlı yayımlanacağını bildirib.
Port Səid valisi müsabiqənin dini mədəniyyətin qorunması və dəstəklənməsində mühüm addım olduğunu bildirib.
4262119