IQNA

41-ci Beynəlxalq Quran Müsabiqəsinin Hakimi:

Çox yüksək qiraət səsi qiraətin aramlığını azaldır

3:28 - January 30, 2025
Xəbər sayı: 3497528
İQNA - Halə Firuzi deyib: "Qurani-Kərim dinləyicilərdə rahatlıq yaradan tərzdə oxunmalıdır, lakin təəssüf ki, bəzi iştirakçılar çox yüksək səslə oxuyurlar ki, bu da qiraətin aramlığını azaldır".

Halə Firuzi, İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsinin audio bölməsində hakimlərdən biridir. "İQNA-nın Xorasan Rəzəvi müxbiri onunla müsabiqə prosesi, iştirakçıların güclü və zəif tərəfləri və s. haqqında müsahibə aparıb. Bu müsahinəni aşağıda ətraflı oxuyacağıq:

"İQNA" _ İndiyə qədər qiraətlərin keyfiyyəti necə olub və siz qarilərin güclü və zəif tərəflərini necə qiymətləndirirsiniz?

Xoşbəxtlikdən, qiraətlərin keyfiyyəti, xüsusən də üçüncü bölmədə indiyə qədər yaxşı və gözləntilərimizdən yüksək olmuşdur. Həmçinin iştirakçılar son iki illə müqayisədə müsabiqə qaydaları ilə daha çox tanışdırlar ki, bu da onların xal toplamasına müsbət təsir göstərmişdir. Lakin zəif cəhətlərdən biri odur ki, bəzi iştirakçıların səs istehsalının müxtəlif məkanları haqqında kifayət qədər biliyi yoxdur. Məncə, kiçik bir xatırlatma onların xallarına təsir edə bilər. Suriya və Livan kimi ərəb ölkələrindən olan müsabiqə iştirakçılarının səsləri yaxşı olsa da, təəssüf ki, bəziləri reqlamentdən xəbərsiz olduqları üçün aşağı bal alırlar. Səs tonu bölməsində iştirakçıların qarşılaşdığı problemlərdən biri qadınların daha çox təhqiq üslubunda oxuması idi və bu, onlardan xeyli balın çıxılması ilə nəticələndi.

İQNA _ Coğrafiya və yaşayış yeri qiraətin növü və keyfiyyətinə təsir edirmi?

Səs baxımından, Aralıq dənizi və rütubətli iqlimi olan ərazilərin daha yaxşı səs və tona sahib olduğunu söyləmək olar, lakin ümumiyyətlə qiraət keyfiyyətinə ən çox təsir edən təhsil dərsləridir, görünür, bəzi ölkələrdə bu cür dərslər zəifdir və bu, müsabiqə iştirakçılarının qiraətinə böyük təsir göstərmişdir.

Quran dinləyicilərdə rahatlıq yaradan tərzdə oxunmalıdır, lakin təəssüf ki, bəzi iştirakçılar qiraətin rahatlığını azaldan çox yüksək səslə oxuyurlar. Bu da onların əsas qüsurlarından biri hesab olunur.

4262407

captcha