"İQNA"-nın verdiyi məlumata görə, İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsinin final mərhələsi yanvarın 30-u axşam İmam Rzanın (ə) hərəminin Qüds zalında başa çatıb.
Müsabiqənin bu mərhələsinin başa çatması ilə 41-ci müsabiqə, başa çatdı və yalnız bu beynəlxalq tədbirin bağlanış mərasiminin keçirilməsi qalıb.
Final günündə keçirilən yarışlarda Qurani-Kərimi bütövlükdə əzbərləmək sahəsində beş finalçı bir-biri ilə yarışıb. Bu kateqoriyada İrandan Məhəmməd Xakpur, Misirdən Əhməd Məhəmməd Saleh İbrahim İsa, Liviyadan Mürtəza Hüseyn Əli Akaş, Tunisdən Məhəmməd Fadi Şabil, Qırğızıstandan Saburo İsmətullah münsiflər heyətinin suallarını cavablandırıblar.
Təhqiq qiraəti sahəsində İrandan Seyid Məhəmməd Hüseynipur, Banqladeşdən MD Əbuzər Al-Ghaffari, Tanzaniyadan Əhməd Səlim Umkoyova, Misirdən Məhəmməd Hüseyn Məhəmməd, İraqdan Əhməd Rəzzaq Əl-Delfi, İndoneziyadan Hermoko, Almaniyadan Seyid Əmir Həmzə Hüseyni, Komor adalarından Əbu Bəkr Ömər və Filippindən Məhəmməd Nazir Əsgər Qurani-Kərimdən ayələr oxudular.
Kişilər bölməsində tərtil qiraəti, qadınlar bölməsində tam Quranın hifzi və tərtil qiraəti kateqoriyalarında bu dəfə final mərhələsi yoxdur və bu üç kateqoriyada uğur qazananlar müəyyən edilərək bağlanış mərasimində təqdim ediləcək.
İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsinin final mərhələsi yanvarın 26-da Məşhəd şəhərinin ev sahibliyi ilə başlayıb və sabah, yanvarın 31-də başa çatacaq. Bu yarışlar qadın və kişilər arasında yerli və xarici hakimlərin iştirakı ilə təhqiq qiraəti, tərtil qiraəti və bütün Quranı əzbərləmə sahələrində keçirilib.
4262864