IQNA

CAIR, Ümumdünya Hicab Gününü qeyd etməyə hazırdır

18:21 - February 02, 2025
Xəbər sayı: 3497548
İQNA - Amerika-İslam Əlaqələri Şurası (CAIR), Ümumdünya Hicab Gününün 13-cü ildönümünü qeyd etməyə hazır olduğunu açıqlayıb.

Amerika müsəlmanlarının vətəndaş hüquqlarının ən böyük müdafiəçisi olan CAIR, Ümumdünya Hicab Günü proqramlarının bir hissəsi olaraq, İslam anlayışını gücləndirmək, vətəndaş hüquqlarını dəstəkləmək, ədaləti təşviq etmək və Amerikada müsəlmanları gücləndirmək öhdəliyini təzələmişdir.

Bundan əlavə, Şura müxtəlifliyə hörmət və ayrı-seçkiliyin bütün formaları ilə mübarizə haqqında qlobal mesaj göndərmək məqsədi daşıyır.

Bu il Ümumdünya Hicab Günü “#Hicab susmayan səsdir” şüarı ilə keçiriləcək. Bu şüar hicablı müsəlman qadınların çətinliklərə və stereotiplərə qarşı gücünü, şəxsiyyətini, möhkəmliyini və həmrəyliyini simvollaşdırır.

Fevralın 1-i Ümumdünya Hicab Günüdür və bu gün hicablı qadınlar məclislərə qatılır və müxtəlif dinlərə mənsub qeyri-müsəlman qadınlardan hicabda bir gün keçirmələrini və yaşadıqlarından danışmağı xahiş edirlər.

Ümumdünya Hicab Gününün məqsədi hicablı qadınlara qarşı qərəzləri qırmaq və örtülü qadınların onların ictimai fəaliyyətlərinə mane olmadığı mesajını çatdırmaqdır.

4262848

captcha